Rusiya təyyarəsi Almaniyada panika yaratdı

NATO-nun Baltik dənizində hava polisi missiyasında iştirak edən Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Tayfun" ("Eurofighter") qırıcıları Rusiyanın İl-20 təyyarəsinə görə Baltik dənizi üzərinə qaldırılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin X səhifəsində məlumat yayıb.

Qeyd edək ki, Almaniya Hərbi Hava Qüvvələri İl-20-nin uçuş planı və transponder siqnalı olmadan havada göründüyünü bildirib. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31