Rusiya qlobal neft-kimya bazarındakı payını 6-7%-ə çatdıra bilər - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokin bildirib ki, Rusiya neft-kimya istehsalı müəssisələrinin inkişafına təxminən üç trilyon rubl (32,9 milyard ABŞ dolları) sərmayə qoymağı planlaşdırır. 
"Neft-kimya sənayesinə biz üç trilyon rubldan çox sərmayə qoyacağıq. Yəni biz hazırda 2 faizdən bir qədər çox olan qlobal bazarın 6-7 faizini ala bilərik", - Sorokin bildirib.
O əlavə edib ki, Rusiyanın neft emalı sənayesində də yaxşı perspektivləri var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31