Rusiya nüvə müharibəsinə hazırdır - Putin
13 Mart 2024 10:47 DünyaHərbi-texniki baxımdan Rusiya nüvə müharibəsinə hazırdır.
Olaylar xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselyova müsahibəsində deyib.
"Onlar daim döyüşə hazır vəziyyətdədirlər", - Putin bildirib.
Putinin sözlərinə görə, ABŞ öz qoşunlarını Ukraynaya göndərmək fikrində olmadığını elan edib:
"Vaşinqtonda başa düşürlər ki, Moskva ABŞ qoşunlarının Rusiya ərazisinə yeridilməsini müdaxilə kimi qiymətləndirəcək. Mən demişəm ki, Bayden ənənəvi siyasət məktəbinin nümayəndəsidir. Bu da təsdiqini tapır. Baydendən başqa da Rusiya-ABŞ münasibətləri sahəsində kifayət qədər mütəxəssis var". (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31