Rusiyanın hərbi-texniki əməkdaşlığı qanuna uyğundur — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya qanunlara ciddi riayət etməklə xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirir, lakin opponentlərin saxta hesabatlarının davam edəcəyi ehtimalı var.
"Rusiyanın hərbi-texniki əməkdaşlığı beynəlxalq öhdəliklərimizə, qanunlarımıza və digər normalara ciddi şəkildə uyğundur, burada heç bir pozuntu yoxdur. Mövcud vəziyyət bu baxımdan heç nəyi dəyişmir. Amma hazır olun ki, rəqiblərimiz bu cür saxta məlumatları yaymağa davam edəcəklər" - o, ABŞ mediasının Rusiyanın İrandan ballistik raketlər almaq istəməsi ilə bağlı iddialarını şərh edərkən deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31