Almaniya, Fransa və Polşa liderləri görüş keçirəcəklər
13 Mart 2024 10:40 DünyaFransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Almaniya Kansleri Olaf Şolts Ukraynadakı vəziyyəti müzakirə etmək üçün martın 15-nə Berlində görüş təyin ediblər.
Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Qeyd edilib ki, bu, D.Tusk Baş nazir olduqdan sonra "Veymar üçbucağı" formatında ilk görüş olacaq.
Məlumata görə, danışıqların yekununda heç bir sənəd və ya sazişin imzalanması gözlənilmir. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31