Ən uzun və ən qısa oruc tutan ölkələr
12 Mart 2024 19:19 DünyaRamazan ayının ilk günündə dünyada ən uzun orucun tutulduğu yerlərdən biri Rusiyanın Murmansk şəhəridir. Burada imsakla iftar arasındakı vaxt 19 saat 5 dəqiqədir.
Olaylar.az metbuat.az-a istinadən xəbər verir ki, Rusiyadan sonra ən uzun orucun tutulduğu yer İslandiyadır. İslandiyanın Reykyavik şəhərində müsəlmanlar 18 saat 20 dəqiqə oruc tuturlar.
İslandiya müsəlmanların ən az olduğu ölkələr sırasındadır. Müsəlmanlar İslandiyanın 330 min nəfərlik əhalisinin təxminən 0,5 faizini təşkil edir. Ölkədə yaşayan müsəlmanların əksəriyyəti qaçqınlardır.
Ən qısa oruc tutulan ölkələr isə 11 saat 48 dəqiqə ilə Argentina və 12 saat 20 dəqiqə ilə Cənubi Afrika Respublikasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31