Paşinyan Ermənistanın hansı halda KTMT-ni tərk edəcəyini açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hansı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edəcəyini açıqlayıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb.

Onun sözlərinə görə, KTMT İrəvan tərəfindən qaldırılan suallara cavab verməsə, Ermənistan təşkilatı tərk edəcək: "Biz hazırda sözügedən təşkilat üzrə tərəfdaşlarımızdan KTMT-nin Ermənistanda məsuliyyət zonasının nədən ibarət olması barədə suala cavab vermələrini gözləyirik və tələb edirik". 

Xatırladaq ki, Paşinyan fevralın 23-də "France 24"ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib. Onu da qeyd edək ki, Ermənistan rəhbərliyi KTMT və Rusiyanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. Ölkə təşkilatın son vaxtlar keçirilən tədbirlərinə qatılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31