Rusiya Pribaltika ölkələrinin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib
12 Mart 2024 16:36 DünyaRusiya Latviya, Litva və Estoniyanın 347 vətəndaşının ölkəyə girişini qadağan edib.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu şəxslərin arasında nazirlər, parlament deputatları, ictimai xadimlər və jurnalistlər də yer alıb.
Sanksiyalara səbəb olaraq Pribaltika ölkələrinin Rusiyaya qarşı düşmən siyasəti, Latviya, Litva və Estoniya tərəfindən Rusiyanın daxili işlərinə müdaxilə, Sovet hərbçilərinin abidələrinin sökülməsi və s. göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31