İsveçrənin Rusiyadakı səfiri XİN-ə çağırıldı
12 Mart 2024 15:48 Dünyaİsveçrənin Rusiyadakı səfiri Kristina Marti Lanq Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, səfir İsveçrə parlamentinin ölkə ərazisində Rusiya Federasiyasına məxsus əmlakın müsadirəsinə imkan verəcək mexanizmin hüquqi əsaslarının hazırlanması barədə qərarına etiraz əlaməti olaraq nazirliyə çağırılıb.
"Qeyd olunub ki, Bern tərəfindən bu kimi planlar həyata keçiriləcəyi təqdirdə Rusiya tərəfinin cavab tədbirləri qaçılmaz olacaq", - deyə Rusiya XİN-dən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31