"Fransa ordusuna ehtiyacımız yoxdur" - Volodimir Zelenski
12 Mart 2024 14:41 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
Olaylar.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Makronun bəyanatı ilk növbədə Rusiya Prezidenti Vladimir Putinin gələcək qərarları ilə bağlıdır.
O həmçinin bildirib ki, hər şey yolunda gedərsə, Fransa hərbçilərinə ehtiyac olmayacaq:
"Makronun reallaşa biləcəyi ehtimal olunan bəyanatı, məncə, ilk növbədə Vladimir Putinlə bağlıdır. Ukrayna dözdükcə, Fransa ordusu Fransa ərazisində qala bilər.
Lakin Putin NATO ölkələrindən birinə hücum etsə, vəziyyət tamamilə fərqli olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31