Kanada 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib
7 Mart 2024 20:28 DünyaKanadalı təlimatçılar 2015-ci ildən indiyədək 40 mindən çox ukraynalı əsgər və zabitə təlim keçib.
Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr Ottavada keçirilən Təhlükəsizlik və Müdafiə Konfransında bildirib.
Nazir qeyd edib ki, ukraynalılar digər məsələlərlə yanaşı, taktika, komandanlıq, nəzarət və ərazilərin minalardan təmizlənməsi üzrə təlim keçiblər.
Qeyd edək ki, 2023-cü ildə Kanadanın Baş naziri Castin Trüdo təlimlərin 2026-cı ilə qədər davam etdiriləcəyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31