“Apple” “iPhone” istifadəçilərinə milyonlarla dollar ödəyəcək
7 Mart 2024 20:25 DünyaBritaniya Kolumbiyası (Kanada) məhkəməsi "Apple" şirkətinə qarşı kollektiv tələbi təsdiqləyib və razılaşma əldə olunub.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, belə ki, "Apple" istifadəçilərinə xəbərdarlıq etmədən bəzi "iPhone"ların sürətini məhdudlaşdırmaqda günahlandırılıb.
Razılaşma çərçivəsində ABŞ İT nəhəngi 11,1 - 14,4 milyon dollar məbləğində təzminat ödəməyə razılaşıb. İddiaların sayından asılı olaraq, kollektiv aksiyasının bütün iştirakçıları "Apple"dan 17,50 - 150 dollar məbləğində təzminat alacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31