İran Ermənistana XƏBƏRDARLIQ ETDİ
7 Mart 2024 13:10 DünyaErmənistanın müdafiə naziri Suren Papikyan Tehrana səfəri çərçivəsində İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
İranlı nazir görüş zamanı deyib ki, regiondan kənarda təhlükəsizlik zəmanətləri axtarışı əks nəticə verəcək.
Aştianinin sözlərinə görə, təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda region güclü dövlətlər arasında münaqişə meydanına çevriləcək. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31