Antalyada baş verən güclü tornadonun GÖRÜNTÜLƏRİ

Türkiyənin Antalya şəhərində baş verən güclü tornadonun görüntüləri yayılıb.

Olaylar.az bildirir ki, daha əvvəl "narıncı kod" xəbərdarlığı edilən şəhərdə leysan və fırtına həyatı iflic edib. Kumluca rayonunda isə tornado nəticəsində altı nəfər xəsarət alıb.

Yollardakı gölməçələr səbəbindən nəqliyyatda fasilələr yaranıb.

Şəhərin mərkəzindəki bəzi məhəllələrdə evləri və iş yerlərini su basıb. Bəzi yeraltı keçidlərdə gölməçələr əmələ gəlib və avtomobillər çıxılmaz vəziyyətdə qalıblar. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31