Afrikadakı kolonializm izləri silinməlidir - Numan Kurtulmuş

Afrikadakı kolonializm izləri silinməlidir. Kolonializm insanların təkcə həyatlarını yox, həm də ürəklərini əsir alıb.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Fondunun Fil Dişində təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, beynəlxalq aləmdəki proseslər barədə də danışıb.

"Dünyadakı hazırkı xaosun səbəbkarı və günahkarı Qərbdir. Belə bir vəziyyətdə müsəlman dövlətləri həmrəy olmalıdır. Müsəlman ölkələrinin imkanları onlara qarşı hazırkı münasibətə adekvat deyil", Kurtulmuş qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31