Armen Qriqoryan: Qərbdən Ermənistana heç bir təzyiq yoxdur

Qərbdən Ermənistana heç bir təzyiq yoxdur və heç kim Ermənistanın Rusiya ilə münasibətlərini pozmayıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinq zamanı bildirib.

"Bizi tez-tez ittiham edirlər ki, Ermənistanla Rusiya arasında münasibətlər bizim sayəmizdə pisləşib. Gəlin vəziyyətə daha geniş nəzər salaq və Rusiyanın digər ölkələrlə münasibətlərinin pisləşib-pisləşmədiyini anlayaq.

Ermənistan kimi çoxlu nümunələr var. Məsələyə insani müstəvidə nəzər salaq: əgər bir nəfər çox adamla pis münasibətdədirsə, deməli, bu, çoxlarının problemi deyil, yəqin ki, bir nəfərin problemidir", - deyə Armen Qriqoryan qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31