Zaxarova: Alman səfir bunu inkar etmədi
6 Mart 2024 16:55 DünyaKrım körpüsünə hücumla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya XİN-ə çağırılan Almaniyanın Moskvadakı səfiri Aleksandr Lambsdorf görüş zamanı yayımlanan səs yazısının həqiqiliyinə şübhə etməyib.
Olaylar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Alman səfir bu səs yazısının real olduğunu şübhə altına almadı", - o bildirib.
Qeyd edək ki, Lambsdorf martın 4-də Krım körpüsünə hücumlarla bağlı alman zabitlər arasında söhbətlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31