Varşavanın Ukraynaya qoşun yeritmək üçün hərbi gücü yoxdur - ÖZƏL

Polşanın Ukraynaya qoşun yeritmək üçün lazımi hərbi potensialı yoxdur.

Olaylar.az xəbər verir ki, bunu Polşa Baş Qərargah rəisinin keçmiş müavini general Leon Komorniçki bildirib.
"Bizim buna imkanımız yoxdur, çünki tank, sursat və artilleriya çatışmazlığımız var. Qoşunlarımız hazır deyil; onlar bunu etmək şəraitdə deyillər", - general Polşanın Ukraynaya qoşun göndərə biləcəyi sualına cavab verib.
"Bir general dedi ki, Ukraynaya quru qoşunları yeridilməlidir. Sual olunur ki, bu qoşunlar haradadır? Biz hər şeyi yalnız indi qururuq", - Komorniçki bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31