Lavrov Ararat Mirzoyan arasında telefon DANIŞIĞI OLDU
6 Mart 2024 14:20 DünyaRusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, martın 5-də baş tutan telefon danışığı zamanı ümumi inteqrasiya birlikləri çərçivəsində iki ölkə arasında qarşılıqlı fəaliyyət müzakirə olunub.
"Nazirlər ikitərəfli və regional gündəliyin cari məsələlərini, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini, eləcə də ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər", - deyə Rusiya XİN-nin saytında yerləşdirilən məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31