Kreml BCM-nin rus komandirlərin həbsinə order verməsini şərh etdi
6 Mart 2024 13:57 Dünya"Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanımır".
Olaylar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Biz Roma Statutunun tərəfi deyilik, onu tanımırıq", - Peskov deyib.
O, BCM-nin Qara Dəniz Donanmasının komandirləri Viktor Sokolov və Aerokosmik Qüvvələrin uzaqmənzilli aviasiyasının komandiri Sergey Kobılaşın həbsinə order verilməsini belə şərh edib.
Peskov xatırladıb ki, bu, BCM-nin Rusiya ilə bağlı ilk qərarı deyil. (Azpost.info)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31