Yaponiya-Rusiya sülh müqaviləsi danışıqlarının bərpası hazırda mümkün deyil - ÖZƏL
6 Mart 2024 13:21 DünyaOlaylar.az xəbər verir ki, Yaponiyanın Keio Universitetinin dosenti Michito Tsuruoka bildirib ki, hazırda Yaponiya-Rusiya sülh müqaviləsi danışıqlarının bərpası ehtimalı sıfıra bərabərdir.
"Sülh müqaviləsi və Şimal əraziləri üzərində yurisdiksiyaya dair danışıqların davam etməsi ehtimalı hazırda sıfıra bərabərdir", - o, xarici müxbirlərin brifinqində qeyd edib.
Yaponiya hakimiyyətinin sülh müqaviləsi və "Şimal əraziləri" məsələsinə münasibətini şərh edən ekspert etiraf edib ki, Yaponiyanın hazırkı baş naziri Fumio Kişida bu məsələdə mərhum keçmiş baş nazir Şinzo Abedən qat-qat az maraqlanır. Xarici siyasət prioritetləri ərazi mübahisəsini həll etmək və sülh müqaviləsi bağlamaq üçün Moskva ilə münasibətləri yaxşılaşdırmaq idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31