Ermənipərəst Menendezə yeni ittiham irəli sürüldü
6 Mart 2024 11:56 DünyaKorrupsiyada, eləcə də Misir və Qətərə agentlik etməkdə ittiham olunan Nyu Cersinin ermənipərəst senatoru Robert Menendez ədalət mühakiməsinə mane olmaqda ittiham olunub.
Olaylar.az xəbər verir ki, bu barədə Nyu York Məhkəməsinin məlumat bazasında dərc edilən rəydə deyilir.
Rəyə görə, senatora və onun arvadına qarşı əvvəllər irəli sürülən ittihamlara ədalət mühakiməsinə mane olmaq üçün yeni plan hazırlamaq ittihamı da əlavə edilib.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında senatora və onun erməni əsilli arvadına qarşı korrupsioner sövdələşmələrdə iştirak və yüz minlərlə dollar rüşvət almaları ilə bağlı ittihamlar irəli sürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31