Rusiya Ukraynanı işğal edərsə, Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi sual altında qalacaq- ÖZƏL
6 Mart 2024 10:56 Dünya"Rusiya Ukrayna müharibəsi göstərdi ki, ABŞ etimad etmək olmaz. Rusiya və ABŞ imperialist ölkələrdir. Və hər iki ölkə kiçik ölkələrə qarşı beynəlxalq hüquqa uyğun olaraq davranmır". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədulla deyib: "Rusiya Ukraynanı işğal edərsə, Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyi və müstəqilliyi sual altında qalacaq. Moskva hər üç Cənubi Qafqaz ölkəsini tam nəzarətinə almaq ehtimalı yüksək olacaq.
Ukraynanı öz ümidinə buraxan ABŞ elə bil bu ölkədə rəngli inqilabı etməyib?! ABŞ 60 milyard dollar yardımı gecikdirməsi, Avropa ölkələrini Ukrayna üçün hərbi dəstək olmaq üçün səfərbər etmək planı real nəticələr vermir. Bugün V. Putin Ukraynada qələbəsinə arxayın görünür və Qərbi zəiflətdiyini düşünür. Yay ayına kimi Qərb Ukraynaya yardım etməsə, V. Putin iyulda Kiyevdə parad keçirə bilər".