Facebook sosial şəbəkəsini Husilər çökdürüb- ÖZƏL

"Dünən Facebook sosial şəbəkəsinin çökməsi məhz Husilərin Qırmızı dənizdən keçən dörd beynəlxalq kabel xəttini kəsməsinin nəticəsi idi". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bir ay bundan əvvəl, Husilər Qırmızı dənizdə beynəlxalq optik xətlərini kəsəcəkləri barədə ultimatum vermişdi: "Yəməndə Husilərə qarşı hərbi əməliyyatlar legitimdir və İranın dəstək verdiyi bu terror təşkilatı dünyanı təhdid edir. Göründüyü kimi belə bir terror təşkilatlarina bir dövləti idarə etmək beynəlxalq təhlükəsizliyi təhdid edir. Husilərə qarşı geniş miqyaslı hərbi əməliyyatlar keçirilmədiyinə görə onlar Yəməndə və sahil sularda öz mövqelərini gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31