Rusiyada İES-də partlayış oldu, 18 nəfər YARALANDI
6 Mart 2024 10:50 DünyaRusiyanın Tuva Respublikasında İstilik Elektrik Stansiyasında (İES) partlayış olub.
Olaylar.az "TASS"a istinadən xəbər verir ki, hadisə Uluq-Xem rayonundakı Şaqonarskaya İES-də baş verib.
Respublikanın başçısı Vladislav Xovalıq bildirib ki, hadisə nəticəsində 18 nəfər xəstəxanaya yerləşdirilib:
"6 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta ağırdır. Daha üç nəfərin vəziyyəti qənaətbəxşdir. Hazırda bütün yaralılar xəstəxanalara çatdırılır. Digər 3 nəfərin axtarışı davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31