Çin ABŞ, Yaponiya ilə silahlanma yarışına girmək istəmir - ÖZƏL
5 Mart 2024 15:17 DünyaOlaylar.az xəbər verir ki, Çinin Renmin Universitetinin Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun icraçı dekanı Van Ven bildirib ki, Çinin müdafiə xərclərinin planlaşdırılmış 7,2% artırılması Pekinin Yaponiya və ya ABŞ ilə silahlanma yarışına girmək niyyətində olmadığını göstərir.
"Çin ABŞ və ya Yaponiya ilə silahlanma yarışına girmək istəmir; bu, Çinin ehtiyatlı müdafiə siyasəti kursunu əks etdirir", - ekspert qeyd edib.
Onun sözlərinə görə, Çinin müdafiə büdcəsi bu il yalnız cüzi artıb, eyni zamanda ümumilikdə sabit artım templərini qoruyub saxlayıb.
"Büdcədə bu cür artım Çinin balanslaşdırılmış yanaşmasını göstərir. Bizim milli müdafiəni təmin etmək üçün kifayət qədər gücümüz olmalıdır", - Vanq qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31