Qərbin Moskvadakı səfirləri Rusiyanın daxili işlərinə qarışır — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Qərbin Moskvadakı səfirləri Rusiyanın daxili işlərinə qarışmaq planlarının bir hissəsi kimi "tamaşalar" nümayiş etdirirlər.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Aİ səfirlərini Rusiyada qarşıdan gələn prezident seçkiləri ərəfəsində vəziyyətə aydınlıq gətirmək üçün görüşə dəvət etdiyini, lakin daha sonra onların tədbirə cəmi iki gün qalmış iştirakdan imtina etdiklərini bildirmişdi. Baş diplomat onu da bildirib ki, Rusiyada Aİ-nin Moskvadakı səfirliklərinin sistemsiz müxalifətə dəstək mexanizmləri hazırladığına dair məlumatlar var.
"Qərbin, NATO ölkələrinin səfirləri bütün vaxtlarını yalnız bir işə sərf edirlər. Birincisi, ölkəmizin daxili işlərinə qarışırlar. İkincisi, sözün əsl mənasında tamaşalar hazırlayırlar ki, onların da bir işi var", - Zaxarova bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31