ABŞ-də təyyarə yola düşərək yandı - ölənlər var

ABŞ-da kiçik tutumlu təyyarə magistral yola düşərək yanıb.

Olaylar.az bildirir ki, hadisə Tennessi ştatının Neşvill rayonunda baş verib.

Polis təyyarədə olan bir neçə nəfərin öldüyünü bildirib. Magistral yolda hərəkət edənlər arasında ölən və yaralanan yoxdur. Təyyarənin haradan uçduğu hələlik məlum deyil. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31