Türkiyəli tədqiqatçılar günəş batareyalarının səmərəliliyini 40 faiz artırıblar- ÖZƏL

Niğde Ömer Halisdemir Universitetinin tədqiqatçıları manqan, germanium və gümüş elementlərdən istifadə edərək nazik təbəqə əsaslı günəş batareyalarının səmərəliliyini 40 faiz artırmağı bacarıblar.

Olaylar.az xəbər verir ki, Niğde Ömer Halisdemir Universitetinin Mərkəzi Tədqiqat Laboratoriyası Nanotexnologiya Tətbiq və Araşdırma Mərkəzində təxminən dörd ildir TÜBİTAK-ın dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində nazik təbəqə əsaslı günəş batareyalarında əhəmiyyətli irəliləyişlər əldə edilib. Araşdırmalar nəticəsində müxtəlif növ elementlərdən istifadə etməklə günəş batareyalarının səmərəliliyi 40 faiz artırılıb.

Universitetin dosenti Yavuz Atasoy açıqlamasında mis, sink, qalay və selen elementlərinin birləşməsindən əmələ gələn günəş batareyalarının hüceyrə performansını araşdırdıqlarını açıqlayıb. Atasoy, müxtəlif növ atomları əlavə edərək bu materialların struktur və optoelektronik xüsusiyyətlərini yaxşılaşdırdıqlarını vurğuladı və səmərəliliyi yüzdə 40 artırdıqlarını söyləyib. Atasoy, araşdırma çərçivəsində bu strukturlara manqan, germanium və gümüş kimi materiallar əlavə etdiklərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31