Türkiyədə yanacaq daşıyan maşın partlayıb: ölü və yaralı var

Türkiyənin İstanbul şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Olaylar.az türk KİV-lərinə istinadən xəbər verir ki, adisə şəhərin Asiya tərəfindəki Ataşehir səmtində baş verib.

Məlumata görə, yanacaq daşıyan maşın qaynaq işləri zamanı partlayıb və daha sonra yanğın başlayıb.

Göztepe Təhsil və Araşdırma Xəstəxanasına aparılan yaralılardan birinin vəziyyəti ağırdır. Partlayışın dəqiq səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31