Türkiyədə iki ayrı mütəşəkkil cinayətkarlıq təşkilatı məhv edildi

Türkiyənin Osmaniye vilayətində eyni vaxtda keçirilən "MAHZEN-3" əməliyyatlarında Murat Özdemir və Cengiz Arslanın rəhbərlik etdiyi iki ayrı mütəşəkkil cinayətkarlıq təşkilatı məhv edilib.

Olaylar.az-ın məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

Məlumata əsasən, keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri, o cümlədən başçıları da daxil olmaqla 55 şübhəli saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31