Almaniyada qocalar evində yanğın - ölənlər var

Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau şəhərindəki qocalar evində baş verən yanğında 4 nəfər ölüb.

Olaylar.az  bildirir ki, polis bildirib ki, yanğın gecə saatlarında baş verib.

Bildirilib ki, yanğınsöndürən və bir polis əməkdaşı ağır, daha 15 nəfər isə yüngül xəsarətlər alıb.
Məlumata görə, qocalar evinin 46 sakini təxliyə edilib. Yanğının səbəbi hələ bəlli deyil. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31