Peskov: Putin Paşinyanla əlaqə saxlamağı planlaşdırmır

Rusiya Prezidenti Vladimir Putin hələlik Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlamağı planlaşdırmır.

Olaylar.az bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Putinin planlarında Ermənistanın Baş naziri Nikol Paşinyanla təmas saxlamaq hələlik yoxdur", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskovun sözlərinə görə, Putin və Paşinyan arasında təmas qrafikdə yoxdur, lakin lazım olduğu təqdirdə təşkil oluna bilər. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31