İstanbulda yanacaq tankerində yanğın - yaralananlar var
4 Mart 2024 14:34 Dünyaİstanbulun Ataşehir rayonunda yanacaq tankerində naməlum səbəbdən yanğın baş verib.
Olaylar.az-ın məlumatına görə, hadisə yerinə təcili tibbi yardım, xilasetmə, polis və AFAD qrupları sövq edilib.
Məlumata əsasən, hadisə nəticəsində ikisi ağır olmaqla dörd nəfər yarlanıb, yaralılar həkimlərin ilkin yardımından sonra ətrafdakı xəstəxanalara aparılıb.
Yanğın söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31