Rusiyada dəmir yolu körpüsündə partlayış olub - Qatarların hərəkəti dayandırılıb

Rusiyanın Samara vilayətində dəmir yolu körpüsündə partlayış olub.

Olaylar.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə operativ xidmətlər məlumat yayıb.

Bildirilib ki, partlayış səhər saat 5 radələrində baş verib. Körpüdə qatarların hərəkəti dayandırılıb.

Kuybışev Dəmir Yolunun mətbuat xidməti hadisə ilə əlaqədar olaraq beş qatarın hərəkətində gecikmə olacağını bildirib.

Körpü dayağınını zədələnməsinə partlayıcı qurğunun səbəb olduğu qeyd edilir.

Hadisə nəticəsində xəsarət alan və ölənlər barəsində məlumat daxil olmayıb. Hazırda hadisə yerində hüquq-mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşları işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31