ABŞ Ukraynaya yardım haqqında yeni qanun layihəsi təqdim edə bilər
4 Mart 2024 10:55 DünyaABŞ Konqresinin Nümayəndələr Palatası aprel ayına qədər Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı yeni qanun layihəsi təqdim edə bilər.
Olaylar.az-ın məlumatına görə, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, Nümayəndələr Palatasının spikeri Mayk Conson həm ABŞ-ın xarici müttəfiqlərinə yardım, həm də ölkə sərhədini qeyri-qanuni miqrant axınından qorumaq üçün tədbirləri özündə əks etdirən yeni qanun layihəsini irəli sürən Konqresin aşağı palatasının həmkarları ilə təkbətək görüşüb.
CNN-in qeyd etdiyi kimi, 66 milyard dollarlıq yardım yalnız hərbi məqsədlər üçün nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31