Qazaxıstanda güclü zəlzələ oldu

Qazaxıstanda 5.2 maqnitudalı zəlzələ baş verib.

Olaylar.az bildirir ki, bu barədə "Sputnik"in Qazaxıstan bürosu məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ Almatıda hiss olunub, Türküstan vilayətində körpü dağılıb. Zəlzələnin episentri Almatı şəhərindən 37 kilometr məsafədə baş verib.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur. Hazırda şəhərdə həyəcan siqnalı işə düşüb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31