Nüvə yanacağı bahalaşdığından Qərb uran şaxtalarının fəaliyyətini bərpa edir - KİV

ABŞ və digər Qərb ölkələri nüvə yanacağının bahalaşması fonunda daha əvvəl mühafizə olunan uran mədənlərində fəaliyyəti bərpa edirlər.

Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ şirkətləri Vayominq, Texas, Arizona və Yuta ştatlarında mədənlərdə fəaliyyəti bərpa edirlər.

Qeyd edək ki, bu ştatlardakı uran mədənləridən əksəriyyətinin fəaliyyəti 2011-ci ildə Yaponiyanın "Fukusima-1" atom elektrik stansiyasında qəzadan sonra dayandırılmışdı. Nəticədə nüvə yanacağının qiyməti kəskin ucuzlaşmış, bir çox uran mədənləri isə ziyana uğramışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31