ABŞ İraqa zərbə endirdiyinə görə üzr istədi
2 Mart 2024 13:48 DünyaABŞ ötən ay İraqa zərbə endirdiyinə görə üzr istəyib.
Olaylar.az xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Antalya Diplomatik Forumunda deyib.
Onun sözlərinə görə, ABŞ fevralın 3-də İraqa aviazərbə endirəcəyi barədə ölkə rəhbərliyini əvvəlcədən məlumatlandırmayıb. ABŞ nümayəndəsi buna görə üzrxahlıq edib.
Xatırladaq ki, bu il fevralın 3-də ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.
"ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib", - deyə məlumatda qeyd edilib.
İraq hökuməti ABŞ ordusunun ölkənin sərhəd rayonlarına endirdiyi zərbələr nəticəsində 16 nəfərin həlak olduğunu açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31