Sankt-Peterburqa PUA hücumu oldu
2 Mart 2024 11:18 DünyaRusiyanın Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, hücum Ukraynaya məxsus PUA-larla törədilib. Hadisə nəticəsində 2 yaşayış binasının eyvanları zədələnib, şüşələri sınıb.
İlkin məlumata görə, xəsarət alan olmayıb.
Əraziyə təcili tibbi yardım əməkdaşları cəlb olunub. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31