İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı hücum olub
2 Mart 2024 11:16 Dünyaİrəvanda yanacaqdoldurma məntəqəsinə iki maskalı şəxs silahlı hücum edib.
Olaylar.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, hücum edən şəxslərə müqavimət göstərən iki əməkdaş xəsarət alıb. Əməkdaşlardan biri başından zədələnib, digərinin isə ayağına atəş açılıb.
Hücumu törədən şəxslər hadisə yerindən qaçıblar, hazırda polis onları axtarır. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31