Aşqabad Avrasiya nəqliyyat marşrutlarının yaradılması üzərində işlədiyini açıqladı

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Aşqabad Avrasiya nəqliyyat marşrutlarının yaradılması üzərində işlədiyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Berdiməhəmmədovun sözlərinə görə, Türkmənistan Xəzər və Qara dənizlərdən keçən və Avropa, Yaxın Şərq və Asiya-Sakit Okean regionunu vahid nəqliyyat sistemində birləşdirən Avrasiya multimodal nəqliyyat və tranzit layihələrinin reallaşdırılması üzərində çalışır. O, siyasi və diplomatik səviyyədə səylərin vacibliyini, eləcə də, BMT, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Dünya Bankı kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəyin zəruriliyini vurğulayıb.

Berdiməhəmmədov beynəlxalq maliyyə və iqtisadi institutları, eləcə də, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu (BVF) və digərləri də daxil olmaqla, regional strukturları beynəlxalq nəqliyyat layihələrinə dəstək göstərməyə və strateji qərarların qəbulunda iştirak etməyə çağırıb. O, həmçinin, Türkmənistanın danışıqlara, həmçinin, milli və beynəlxalq nəqliyyat layihələrinin icrasında iştirak üçün şəraitin təmininə hazır olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31