Fransa hökuməti Korsikada gözlənilən aksiyadan narahat olub – adaya təcili əlavə qüvvələr göndərilir
1 Mart 2024 20:36 DünyaFransa hökuməti Korsikada gözlənilən aksiyadan narahat olaraq, xüsusi statusu olan Adaya əlavə qüvvələr göndərir.
Sabah Korsikada Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçiriləcək.
Təqdim edilən foto Parisdə Şarl de Goll hava limanında çəkilib. Fotodan göründüyü kimi xüsusi xidmət orqanlarının əməkdaşları təcili Korsikaya göndərilir.
Baş verənlərdən nəticə çıxarmaq olar ki, Fransa hökumət təlaşa düşüb, Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir.
Qeyd edək ki, sabah "Nazione" hərəkatının liderlərindən birinin bir neçə il öncə həbsdə ona olan hücum nəticəsində ölümünün ildönümünə həsr olunan iclas keçiriləcək, ardınca isə etiraz aksiyası gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31