Teslanın növbəti fabriki İtaliyada ola bilər- ÖZƏL

Tesla yaxın bir neçə ildə istehsal gücünü artırmağı planlaşdırsa da, yeni fabriklər üçün ən uyğun yer axtarır. Son xəbərlərə görə, Teslanın növbəti fabriki İtaliyada ola bilər.

Tesla hazırda yeni nəsil idman üslublu Roadster avtomobili üzərində işləyərkən, o, həm də gələcək daha əlverişli avtomobili üçün istehsal gücünü artırmaq istəyir.

Olaylar.az xəbər verir ki, İtaliyanın nazir Adolfo Urso verdiyi açıqlamada Tesla ilə potensial bir fabrik üçün danışıqlar apardığını açıqlayıb. 

Nazir Adolfo Ursonun açıqlamalarına görə, hökumət aylardır Tesla ilə danışıqlar aparır. Görüşlərin son dərəcə müsbət keçdiyini bildirən Urso, ehtiyatlı olmaq lazım olduğunu da bildirir.İtaliya hal-hazırda elektrikləşdirmədə geridə qalan Stellantis-in hakim olduğu avtomobil sənayesini şaxələndirmək istəyir. Tesla bu diversifikasiya üçün mühüm hədəf olsa da, ölkə Çin avtomobil istehsalçılarını da nəzərdən keçirir. Digər tərəfdən, Tesla hələ yeni fabriklə bağlı qərar verməyib və İtaliya hələlik seçimlərdən biri kimi görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31