Qərb Serbləri Rusiyaya qarşı çevirmək iqtidarında deyil - ÖZƏL

Qərb serb xalqının ruslara münasibətini dəyişdirə bilməyəcək.

Olaylar.az xəbər verir ki, bunu Serb Respublikası Prezidenti Milorad Dodik bildirib.
Serb Respublikası liderinin sözlərinə görə, Qərb ölkələri serblərə öz baxışlarını tətbiq etməyə və onları sanksiyalarla "cəzalandırmağa" çalışırlar. 

"Amma mən Serb Respublikası və ümumilikdə serblərlə fəxr edirəm, onların buna necə reaksiya verirlər. Məncə, Qərbin serblərin Rusiya xalqı haqqında fikirlərini birbaşa məcburiyyət və ya zorakılıq yolu ilə dəyişdirməsinin bir yolu yoxdur", - Dodik bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31