Gürcüstanın səhiyyə naziri istefa verib
1 Mart 2024 13:25 DünyaGürcüstanın səhiyyə naziri Zurab Azaraşvili istefa verib.
Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Zurab Azaraşvili Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə söhbətdən sonra vəzifəsini tərk edib. Səhiyyə nazirinin istefa səbəbi açıqlanmayıb.
Hökumət başçısının yeni naziri yaxın vaxtlarda təqdim edəcəyi qeyd olunub.
Qeyd edək ki, Zurab Azaraşvili 2021-ci ildən etibarən Gürcüstanın səhiyyə naziri vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31