Gürcüstan prezidenti ilə müxalif lider arasında rusiyapərəst patriarx QALMAQALI: "Hücuma keçib..."

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının liderlərindən biri Mamuka Mdinaradze Gürcüstan prezidenti Salome Zurabişvilini patriarx II İliyaya hücumda ittiham edib.

Olaylar.az xəbər verir ki, buna səbəb prezidentin gürcü pravoslav kilsəsində yaranmış çətin vəziyyətə patriarxın səbəb olduğunu deməsidir.

"Fakt göz qabağındadır, xanım patriarxa hücuma keçib", - Mdinaradze vurğulayıb.

Agentliyin məlumatına görə, Gürcüstan prezidenti Londondakı son çıxışı zamanı gürcü kilsəsinin rusiyapərəst yox, gürcü və ya avropapərəst patriarxı seçə biləcəyinə əmin olduğunu bildirib. (Sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31