İranda yüngül mühərrikli təyyarə dağa çırpıldı - Ölənlər var
10 Yanvar 2024 12:53 DünyaBu gün İranın şimalında yerləşən Əlborz vilayətində dağlıq ərazidə qəzaya uğramış yüngül mühərrikli təlim təyyarəsinin qalıqları tapılıb.
Olaylar.az-ın məlumatına görə, hadisə yerində təyyarənin iki pilotunun cəsədləri də aşkarlanıb.
Ötən gün İranın Əlborz vilayətində günorta saatlarında yüngül mühərrikli təlim təyyarəsi ilə əlaqə kəsilib. Əlaqə kəsildikdən sonra İranın aidiyyəti qrupları axtarış əməliyyatına başlayıblar.
İlkin məlumatlara görə, təyyarə dağa çırpılması nəticəsində qəzaya uğrayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31