Ötən il Çin avtomobil ixracının artımının 40%-i Rusiyanın payına düşüb — ÖZƏL

"2023-cü ildə iki milyon Çin avtomobili ixracının artımından təxminən 800 mini Rusiyanın payına düşüb".

Olaylar.az xəbər verir ki, bunu Çin Sərnişin Avtomobilləri Assosiasiyasının baş katibi Cui Donqşu deyib.

Cui, Rusiya bazarına çatdırılmaların bir il əvvələ nisbətən beş dəfə artdığını söylədi. Baş katibin qiymətləndirməsinə görə, Çin avtomobil istehsalçısı Chery Rusiya bazarında artan satışlar sayəsində ölkənin ən böyük ixracatçısı olub. 

"Chery-nin rəqəmləri ABŞ Tesla və Çin BYD elektrik avtomobillərinin ixracını üstələdi" - o əlavə edib.

WSJ xəbər verir ki, Çin avtomobillərinin ixracı Rusiya bazarı sayəsində rekord həddə çatıb və bu, Çinin Yaponiyanı üstələyərək dünyanın ən böyük avtomobil ixracatçısı olmasına imkan verib. Assosiasiyanın məlumatlarına görə, Çin xaricə təxminən 5,26 milyon avtomobil satıb ki, bu da 2023-cü ilin yanvar-noyabr aylarında Yaponiyanın ümumi avtomobil ixracından təxminən bir milyon çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31