Fransanın yeni Baş naziri məlum olub
9 Yanvar 2024 16:41 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Qabriel Attal Fransanın Baş naziri təyin olunub.
Olaylar.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Emmanuel Makron qərar imzalayıb.
34 yaşlı Q.Attal Fransa tarixində ən gənc Baş nazirdir.
Qeyd edək ki, Q.Attal indiyə qədər təhsil naziri vəzifəsində işləyib.
Xatırladaq ki, E.Makron yanvarın 8-də Baş nazir Elizabet Bornu işdən çıxarıb. O, 2022-ci ilin mayından bu vəzifədə çalışırdı. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31